Bakı. Trend:
2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu başladı.
Trend xəbər verir ki, müsabiqə üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı
linkə daxil olaraq tanış ola bilərsiniz:
https://miq.edu.az/faq