Bakı. Trend:
Azərbaycan Boks Federasiyası (ABF) Dünya Boksu (World Boxing) təşkilatına üzv olub.
Trend xəbər verir ki, bu barədə ABF məlumat yayıb.
Bildirilib ki, üzvlüyü beynəlxalq təşkilat bu gün təsdiqləyib.
Dünya Boksu 2023-cü ilin aprel ayının 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boks idman növünə cavabdehlik daşıyır.