Xankəndi. Trend:
Bu gün Qəbələ şəhər stadionunda keçirilən Region Liqasının final oyununda “Xankəndi” futbol klubu “Şirvan” klubu ilə qarşılaşıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Trend-ə verilən məlumata görə, həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, klub tarixində ilk dəfədir ki kuboka sahib olur.