Bakı. Trend:
Almaniya Bundesliqasında pley-off mərhələsinin ilk oyunu keçirilib.
Trend xəbər verir ki, 1-ci Bundesliqada 16-cı yeri tutan "Haydenhaym" 2-ci Bundesliqada 3-cü olan "Elvesberq"lə qarşılaşıb.
Tərəflər arasında ilk görüşdə qalib müəyyənləşməyib. "Haydenhaym" öz meydanında fasiləyə kimi öz qapısında 2 top buraxıb. İki hissədə özünə gələn yuxarı liqa təmsilçisi bərabərliyi xilas edib.
Komandalar arasında cavab matçına mayın 26-da "Elvesberq" evsahibliyi edəcək.
Almaniya Bundesliqası
Pley-off, ilk oyun
22 may
22.30. "Haydenhaym" - "Elvesberq" - 2:2