...

"Şamaxı" legioneri ilə yolları ayırıb

İdman Materials 26 May 2025 18:18 (UTC +04:00)
"Şamaxı" legioneri ilə yolları ayırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Şamaxı" futbolçusu Brahim Konate ilə yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. O, 2024-cü ilin yayından "Şamaxı"da oynayırdı.

Bölgə təmsilçisi fransalı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Konatenin karyerasını "Zirə"də davam etdirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti