Bakı. Trend:
Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası CEV Kubokunda ilk oyununa çıxıb.
Trend-in məlumatına görə, “dəmiryolçular” 1/32 finalda Niderlandın "Orion Stars" komandasını qəbul edib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, cavab matçı noyabrın 19-da Niderlandda baş tutacaq. Qalib komanda 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivinə rəqib olacaq.