...

Futbol tarixinin ən çox oyuna çıxan futbolçusu karyerasını bu klubda davam etdirəcək

İdman Materials 3 Yanvar 2026 16:00 (UTC +04:00)
Futbol tarixinin ən çox oyuna çıxan futbolçusu karyerasını bu klubda davam etdirəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya futbol tarixində ən çox rəsmi matçlara çıxan futbolçu kimi rekorda imza atmış braziliyalı qapıçı Fabionun karyerasını hansı klubda davam edəcəyi məlum olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı Fabio Braziliyanın Fluminense klubu ilə yeni müqavilə bağlayıb.

Müqavilənin şərtlərinə əsasən, o 2027-ci ilə qədər klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, braziliyalı qolkiper 2003-cü ildə Braziliya Milli Komandasının heyətində “Copa America”nın mükafatçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti