...

Ayxan Abbasov Millətlər Liqasının püşkünü dəyərləndirdi

İdman Materials 12 Fevral 2026 22:36 (UTC +04:00)
Ayxan Abbasov Millətlər Liqasının püşkünü dəyərləndirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Trend xəbər verir ki, bunu Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”, – deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, Azərbaycan milli komandası D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə mübarizə aparacaq. UEFA Millətlər Liqasında yeni mövsümə sentyabr ayında start veriləcək.

Xəbər lenti

Xəbər lenti