...

"Araz-Naxçıvan” “Sumqayıt”ı minimal hesabla məğlub etdi - Misli Premyer Liqası

İdman Materials 15 Fevral 2026 19:23 (UTC +04:00)
"Araz-Naxçıvan” “Sumqayıt”ı minimal hesabla məğlub etdi - Misli Premyer Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, günün ikinci matçında Sumqayıt Araz-Naxçıvanla üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunda yeganə qolu 45+5-ci dəqiqədə Ramon Maçado vurub. “Gənclik şəhəri” klubunun heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Sumqayıt” 30 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Eyni xala malik “Araz-Naxçıvan” isə yeddinci yerdədir.

Günün ilk matçında Neftçi Kəpəzi 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün Qarabağ İmişlini, Zirə isə Karvan-Yevlaxı 1:0 hesabı ilə məğlub edib.

xxx

09:31

Bu gün futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti iki qarşılaşması baş tutacaq.

Trend xəbər verir ki, ikinci oyun gününün ilk matçında Kəpəz doğma meydanda Neftçini qəbul edəcək. Hazırda Gəncə təmsilçisi turnir cədvəlində 11-ci pillədə qərarlaşıbsa, “ağ-qaralar” 7-ci yerdədir.

Günün ikinci qarşılaşmasında isə Araz-Naxçıvan Sumqayıtla üz-üzə gələcək. Turnir cədvəlinə nəzər salsaq, Naxçıvan klubu 6-cı, Sumqayıt təmsilçisi isə 5-ci pillədə yer alır.

Oyunların başlama vaxtı belədir:
14:30 – Kəpəz – Neftçi
17:00 – Araz-Naxçıvan – Sumqayıt

Xəbər lenti

Xəbər lenti