...

“Əl-İttihad” Kamavinqa üçün “Real Madrid”ə böyük təklif hazırlayır

İdman Materials 15 Fevral 2026 10:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün əhəmiyyətli maliyyə təklifi üzərində çalışır.

Trend bu barədə "Mundo Deportivo" nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, klub “Los Blancos”un yarımmüdafiəçisini Fənərbağçaya keçən N'Qolo Kantenin əvəzedicisi kimi görür.

Kamavinqanın “Real Madrid”lə 2029-cu ilin yayına qədər qüvvədə olan uzunmüddətli müqaviləsi mövcuddur. Bununla belə, Səudiyyə Pro Liqasında adətən təklif olunan yüksək maliyyə şərtləri nəzəri olaraq İspaniya klubunu narahat edə bilər.

Gözləntilərə görə, “Əl-İttihad” yay transfer pəncərəsi zamanı fransız yarımmüdafiəçini heyətinə qatmaq üçün konkret addımlar atacaq. Daha əvvəl "Liverpul" və "Arsenal" klublarının da Kamavinqa ilə maraqlandığı bildirilirdi.

Xəbər lenti

Xəbər lenti