...

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 12 Sentyabr 2016 10:42 (UTC +04:00)
"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avro/dollar məzənnəsi keçən həftə ərzində "InvestAZ" analitiklərinin gözlədikləri kimi 1.1327 $-a bahalaşdı. Qiymətin texniki mənzərəsinin təhlillərinə görə valyuta cütlüyü üzrə qiymət 1.1365 $-ı yuxarı istiqamətdə qıra bilmədiyi təqdirdə 1.1122 $ və 1.1083 $-a kimi ucuzlaşa bilər. Eyni zamanda, bu həftə avronun FOREX-də məzənnəsinə təsir edə biləcək, Avrozonada sənaye istehsalı həcmi və inflyasiya ilə bağlı önəmli statistik göstəricilər yayımlanacaq.

GBP

Böyük Britaniya funt-sterlinqinin dünya birjalarında qiyməti keçən həftə ərzində 1.3444 $-a kimi 1.2% bahalaşsa da, önəmli səviyyə sayılan 1.3480 $-ı yuxarı istiqamətdə qıra bilməyib və yenidən ucuzlaşmağa başlayıb. Beləliklə, qiymətin gələcək günlər ərzində əlavə olaraq 1.3086 $ və 1.3000 $-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

TRY

USD/TRY valyuta cütlüyünün məzənnəsi bir neçə dəfə 2.91 TL-i aşağı istiqamətdə qırmağa cəhd etsə də buna nail ola bilməyib və yenidən 2.97 TL-ə kimi bahalaşıb. "InvestAZ" analitiklərinin fikrincə, cütlük üzrə qiymət bir müddət də 2.91 TL-nin üzərində möhkəmlənərək, 2.95 və 2.98 TL ətrafında dalğalana bilər.

OIL

Eneriji bazarlarında Avropanın "Brent" markalı neftinin bir barel qiyməti son bir neçə həftə ərzində tələbatın artması fonunda 50.12 $-a kimi bahalaşıb. Ümumiyyətlə isə bazar iştirakçıları qiymətin gələcək günlər ərzində 47 $ ətrafında dalğalanacağını gözləyirlər. Onu da qeyd etmək lazımdır ki, OPEC sentyabrın 26-sı neft istehsalının dondurulması mövzusu ətrafında Əlcəzairdə qeyri-rəsmi toplantı planlaşdırır.

GOLD

Qızılın dünya əmtəə bazarlarında qiyməti isə 1302 $-ın (41.7 $/qram) üzərində dalğalanmaqda davam edir və hətta qiymətin gələcək günlər ərzində yenidən 1370 $-a (43.9 $/qram) kimi dəyər qazana biləcəyi ehtimalları da aktualdır. Lakin qiymət 1302 $-ı (41.7 $/qram) aşağı istiqamətdə qırarsa, o zaman qiymət 1280 $ (41.0 $/qram) və 1260 $-a (40.4 $/qram) kimi eniş trendini bərpa edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi:

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti