...

"Aura" sağlamlıq mərkəzində yeni aksiya

İqtisadiyyat Materials 21 Oktyabr 2016 14:28 (UTC +04:00)
"Excelsior Hotel & Baku" otelinin “Aura” sağlamlıq mərkəzində ikinci xidmətin ödənilməsi zamanı endirim kampaniyası keçirilir.
"Aura" sağlamlıq mərkəzində yeni aksiya

Bakı. Trend:

"Excelsior Hotel & Baku" otelinin “Aura” sağlamlıq mərkəzində ikinci xidmətin ödənilməsi zamanı endirim kampaniyası keçirilir. Arzu etdiyiniz xidmətin ödənişini edərkən, siz 50%-li endirimlə daha bir xidmət əldə edəcəksiniz. Bu kampaniya üzvlük paketlərinə, bir günlük gəlişlərə və massajlara şamil edilir və buna oxşar xidmətlərə aiddir. Aksiyanın müddəti məhduddur, oktyabın 31-ə qədər davam edəcək. Əlavə məlumat almaq üçün «Excelsior Hotel & Baku» otelinə 012 496 80 00, 050 235 35 60/ 050 235 35 14 telefonlarına zəng etmək lazımdır.

3 mərtəbəli “Aura” sağlamlıq mərkəzində idmanla məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Skvoş və stolüstü tennislə məşğul olmaq üçün kortlar, qadınlar üçün yoqa, aerobika və pilates ilə məşğələlər üçün idman zalı fəaliyyət göstərir. Trenajor zalı və peşəkar boksla məşğul olmaq üçün zal da vardır. Trenajor zalında bütün əzələ qruplarını möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, həmçinin, ürək əzələlərinin möhkəmləndirilməsi və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar qurulmuşdur. Kardio-zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalını izləmək, həmçinin, internetə qoşulmaq imkanı vardır. Eləcə də açıq tennis kortu, spa-terapevt xidmətləri, istirahət otaqları, həmçinin, qapalı hovuz və ilin isti vaxtlarında işləyən açıq havada 2 hovuz “Aura” klubunun daimi üzvlərinin və «Excelsior Hotel & Baku» otelinin qonaqlarının ixtiyarındadır. Spa-otaqlarda qonaqlara massajın müxtəlif növləri təklif olunur. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin, kosmetik vasitələr verilir.

“Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otaq, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar, şəhərin ən gözəl, böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti