...

“Atəşgah” Sığorta Şirkəti xeyriyyə tədbiri keçirib

İqtisadiyyat Materials 25 Noyabr 2016 17:16 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Atəşgah” 20 illik yubileyi çərçivəsində tədbirlər planı hazırlayıb.
“Atəşgah” Sığorta Şirkəti xeyriyyə tədbiri keçirib

Bakı. Trend:

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Atəşgah” 20 illik yubileyi çərçivəsində tədbirlər planı hazırlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, plan çərçivəsində 24-25 noyabrda Nardaran qəsəbəsində yerləşən 130 nömrəli tam orta məktəbdə xeyriyyə aksiyası keçirilib.

“Atəşgah” Sığorta Şirkəti və onun tərəfdaşı “Avrasiya” Hospitalının birgə təşkilatçılığı ilə “Sağlam gələcək” layihəsi çərçivəsində baş tutan tədbir zamanı məktəb şagirdləri pulsuz oftalmoloji müayinədən keçib, onlara lazimi tövsiyyə və məsləhətlər verilib.

Məktəbin direktoru Ağasəid Orucovun sözlərinə görə, ilk dəfə belə bir aksiya keçirilən təhsil ocağında 700-ə yaxın şagird təhsil alır.

“Atəşgah” SŞ bundan sonra da sosial məsuliyyət konsepsiyası çərçivəsində bir çox tədbir və aksiyalar keçirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti