...

"Samsung" – elektrik enerjisinə qənaət edən texnologiya

İqtisadiyyat Materials 6 Dekabr 2016 18:23 (UTC +04:00)
"Samsung" şirkəti adət etdiyiniz rahatlıq səviyyəsini aşağı salmadan elektrik enerjisinə görə daha az ödəməyə imkan verən bir sıra innovasiya yaradıb.
"Samsung" – elektrik enerjisinə qənaət edən texnologiya

Bakı. Trend:

"Samsung" şirkəti adət etdiyiniz rahatlıq səviyyəsini aşağı salmadan elektrik enerjisinə görə daha az ödəməyə imkan verən bir sıra innovasiya yaradıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, elektrik enerjisinə qənaət etməyə imkan verən başlıca innovasiyalardan biri – invertor kompressoru– "Samsung"un yeni soyuducularında, kondisionerlərində və yuyucu maşınlarında işləyir. Temperaturun tənzimlənməsi üçün bu kompressora iki dəfə daha az vaxt tələb olunur, bununla əlaqədar olaraq elektrik enerjisi də daha az sərf olunur.

Elə ki, istifadəçi lazımi temperaturu təyin edir, kompressor qısa müddətdə maksimal dövriyyədə işləyir, sonra isə sönüb-qoşulma olmadan sabit temperaturu dəstəkləyərək qənaət rejiminə keçir.

Belə rəqəmsal nəzarət sistemi temperaturu daha dəqiq tənzimləməyə imkan verməklə yanaşı,həm də kompressorun daha gec sıradan çıxmasına imkan verir və iş zamanı səs-küyün minimal həddini təmin edir.

Bütün bu innovasiyaların sayəsində invertor kompressorlu "Samsung" soyuducuları, paltaryuyan maşınları və kondisionerləri sizə 70%-dək elektrik enerjisinə qənaət etməyə imkan verir. Onlar bir çox ölkələrdə enerji baxımından yüksək effektiv sayılır.

"Samsung" soyuducuları bizi tək enerji-effektivliyi ilə deyil, həm də məhsulların saxlanılması üzrə innovasiyaları ilə də təəccübləndirir. Yeni TWIN cooling texnologiyası –rütubətin tənzimlənməsində böyük irəliləyişdir. İndi o düz 75%-ə çatır ki, bu da adət etdiyimiz soyuduculardakı 25%-dən əhəmiyyətli dərəcədə seçilir. Nəticə olaraq, məhsullar günlər boyunca xarab olmur və öz faydasını itirmir, təzə və təravətli qalır.

"Samsung"un innovativ texnikası ilə hər bir ailə adət etdiyi rahatlıq səviyyəsini azaltmadan effektiv şəkildə qənaət edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti