...

“Bakı Fond Birjası”nın rəhbərliyində dəyişiklik

İqtisadiyyat Materials 23 Dekabr 2016 19:32 (UTC +04:00)
"Bakı Fond Birjası" QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
“Bakı Fond Birjası”nın rəhbərliyində dəyişiklik

Bakı. Trend:

"Bakı Fond Birjası" QSC-nin (BFB) Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Trend-in məlumatına görə, ümumi yığıncaqda Fariz Əzizovun digər işə keçməsi ilə əlaqədər müraciətinə əsasən o BFB-nin İdarə Heyəti sədri vəzifəsindən azad olunub və qurumun İdarə Heyətinin sədri vəzifələrinin icraçısı BFB-nin İdarə Heyətinin sədr müavini Vüqar Faiq oğlu Namazov təyin olunub.

V.Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlayıb və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar, klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunub. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilib və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunub. 2013-cü ildə BFB-nin İdarə Heyətinin sədr müavini, Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsinə təyin edilib. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən təqdim olunan Peşəkar Layihə Meneceri (PMP) sertifikatını əldə edib. Ailəlidir, 2 övladı var. Ailəlidir, 2 övladı var.

Tədbir zamanı həmçinin növbəti 2 il müddətinə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının üzvləri və sədri seçilib. Belə ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin direktoru Sarvan Mikayılov, “Unibank” ASC-də Risklərin İdarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışan Asəf Hüseynov və “Borsa İstanbul A.Ş”-nin İdarə Heyəti sədrinin baş məsləhətçisi Serkan Karabacak Müşahidə Şurasının yeni üzvləri olaraq seçiliblər. Səhmdarların qərarına əsasən Fariz Əzizov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni sədri seçilib. Ümumilikdə, BFB-nin Müşahidə Şurasının 7 üzvü vardır.

Yığıncaq zamanı “Bakı Fond Birjası” QSC-nin 2017-ci il üzrə büdcəsi müzakirəsi olunub və təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti