...

İslam İnkişaf Bankı “Azərsu”nun layihələrində iştirak etməkdə maraqlıdır (FOTO)

İqtisadiyyat Materials 17 Yanvar 2017 18:32 (UTC +04:00)

Bakı. Trend:

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.

Səhmdar Cəmiyyətin sədr müavini “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Tərtər, Gədəbəy, Daşkəsən, Astara şəhərlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, artıq Tərtər şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. 2017-ci ildə isə daha bir şəhərdə - Qazaxda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması nəzərdə tutulur.

İslam İnkişaf Bankının Mərkəzi Asiya və Avropa üzrə meneceri Elvalid Hamur “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi””nin icrasından razılığını bildirib və əlavə edib ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrində iştirak etməkdə maraqlıdır.

Görüşdə “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrası və perspektiv işlər haqqında ətraflı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti