Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 2 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, fevralın 2-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,9200 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 2,0706 manat təşkil edir.
1 türk lirəsi 0,5093 manat, 1 rus rublu 0,0319 manatdır.