...

Azərbaycan və Qazaxıstan turizm sahəsində əməkdaşlıq edə bilər

İqtisadiyyat Materials 6 Fevral 2017 21:00 (UTC +04:00)

Bakı. Yelena Kosolapova - Trend:

Qazaxıstan İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov turizm sahəsində qarşılıqlı əməkdaşlıq və inkişaf məsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə M.İqaliyev öz "Facebook" səhifəsində məlumat verib.

Məlumatda qeyd olunur ki, görüş zamanı Astanada keçiriləcək EXPO-2017 sərgisinə turistlərin cəlb olunması məsələləri müzakirə olunub:

“Rəsmi Bakı Astanaya gələn turistlərin sonra Azərbaycana getməsində maraqlıdır. Öz növbəsində, onlar da Azərbaycana gələn turistlərin Qazaxıstana yönləndirilməsi ilə bağlı əməkdaşlıq etməyə hazırdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti