Bakı. Trend:
“Lukoyl” şirkəti Rusiyada sahib olduğu 2500-dən çox yanacaq doldurma məntəqəsinin üçdə birini satışa çıxarır.
Trend-in məlumatına görə, bu qərara səbəb olaraq əlverişsiz iqtisadi vəziyyət göstərilir.
Məlumatda qeyd olunur ki, yanacaq doldurma məntəqələrinin xarici investor və fondlara, xüsusilə də Çin və Yaxın Şərqdən olan müştərilərə satışı nəzərdə tutulur.