...

"Accesbank"ın rəhbərliyində yeni təyinatlar

İqtisadiyyat Materials 17 May 2017 14:31 (UTC +04:00)

Bakı. Trend:

"Accesbank"ın rəhbərliyinə yeni təyinatlar olub.

Bankdan Trend-ə verilən məlumata görə, Anar Həsənov Bankın İdarə Heyətinin sədrinin birinci müavini təyin edilib.

A.Həsənov İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub. Bankçılıq sahəsində zəngin təcrübəyə malik olan A.Həsənov bundan öncə sədrin müavini vəzifəsini tuturdu. "AccessBank"ın fəaliyyətə başladığı tarixdən etibarən Bankda çalışan A.Həsənov Bankın inkişaf etməsində böyük rola malikdir. O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb və, həmçinin, Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.

Bundan başqa, "AccessBank"a 4 yeni icraçı direktor təyin edilib. Belə ki, Elşən Pirmalıyev bankın Pərakəndə və biznes müştəriləri üzrə icraçı direktoru, Səbinə Qurbanova Rəqəmsal Bankçılıq və Məsafədən Xidmətlər üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan resursları, administrasiya və təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov Risk idarəçiliyi və tədqiqatlar üzrə icraçı direktor təyin olunub.

Qeyd edək ki, hazırda bankın 6 icraçı direktoru var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti