...

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

İqtisadiyyat Materials 3 İyun 2017 11:39 (UTC +04:00)
Notların tədavül müddəti 28 gündür.
Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Bakı. Trend:

2 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50101356S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Palatanın mətbuat xidmətindən Trend-ə verilən məlumata gröə, sözügedən notların tədavül müddəti 28 gündür.

MBNP tərəfindən həmçinin 30 may 2017-ci il tarixində Mərkəzi Bankın tədavül müddəti 29 gün və hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50101256S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti