...

Azərbaycan şərabları medallara layiq görülüb (FOTO)

İqtisadiyyat Materials 8 İyun 2017 11:19 (UTC +04:00)
Beynəlxalq dequstasiyaya təqdim olunan 1200 avropa şərabı içərisində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən seçilib göndərilən iki şərabdan biri gümüş və biri bürünc medala layiq görülüb.
Azərbaycan şərabları medallara layiq görülüb (FOTO)

Bakı. Trend:

Beynəlxalq dequstasiyaya təqdim olunan 1200 avropa şərabı içərisində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən seçilib göndərilən iki şərabdan biri gümüş və biri bürünc medala layiq görülüb.

Bu barəə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, tanınmış alim, t.e.d. Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Tariyel Pənahov Beynəlxalq Üzüm və Şərab təşkilatının (OIV) elmi dəstəyi ilə İtaliyanın “Citta del Vino” Milli Assosiasiyası və RECEVIN təşkilatı tərəfindən təşkil olunan “La Selezione Del Sindaco 2017” XVI Beynəlxalq Şərab Müsabiqəsində iştirak etmək üçün İtaliyanın Tramonti şəhərində səfərdə olub. Səfər “Citta del Vino” Assosiasiyasının baş direktoru Paolo Benvenutinin dəvəti ilə baş tutub. T.Pənahov dequstasiya komissiyasının işində hakim-dequstator qismində iştirak edib.

T.Pənahov həmçinin, Beynəlxalq Üzüm və Şərab təşkilatı (OIV) tərəfindən təşkil edilən "Concours Mondial de Bruxelles" 24-cü Şərab və Spirtli içkilər müsabiqəsinin Taşkilat Komitəsinin prezidenti Baudouin Havauksun dəvəti ilə İspaniyanın Kastiliya vilayətinin Valladolid şəhərində də səfərdə olub.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri yüksək ixtisaslı dequstator kimi müntəzəm olaraq beynəlxalq dequstasiyalara hakim-dequstator qismində cəlb edilirlər. T.Pənahov eyni zamanda, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) baş direktoru Jean-Marie Aurandın dəvətinə əsasən, Bolqarıstanın Sofiya şəhərində keçirilən OIV-nin 40-cı Ümumdünya Konqresində və həmin təşkilatın 15-ci Baş Assambleyasında da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti