...

"Xalq Bank" Nyu-Yorka səyahət edəcək müştərini müəyyən etdi

İqtisadiyyat Materials 12 Sentyabr 2017 11:41 (UTC +04:00)
Daim müştəriləri üçün yeni imkanlar yaradan "Xalq Bank" bu dəfə Azərbaycanda istifadə olunan bütün plastik kartların sahiblərinə möhtəşəm kampaniyadan faydalanaraq qiymətli hədiyyələr və əsas mükafat olan Bakı-Nyu York-Bakı aviabileti qazanmaq şansı bəxş edir.
"Xalq Bank" Nyu-Yorka səyahət edəcək müştərini müəyyən etdi

Bakı. Trend:

Daim müştəriləri üçün yeni imkanlar yaradan "Xalq Bank" bu dəfə Azərbaycanda istifadə olunan bütün plastik kartların sahiblərinə möhtəşəm kampaniyadan faydalanaraq qiymətli hədiyyələr və əsas mükafat olan Bakı-Nyu York-Bakı aviabileti qazanmaq şansı bəxş edir.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

"Xalq Bank"da cari il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində "Xalq Bank" POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.

Müştərilərin "Xalq Bank"ın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahiblənir. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri isə Bakı-Nyu-York-Bakı aviabileti qazanır. İştirakçı XAL sözünü 5555 qısa nömrəsinə göndərdikdə aksiya xalları haqda məlumatın qeyd olunduğu sms ala bilər. SMS-xidmət pulsuzdur.

Sentyabr ayının 5-də "Nyu-Yorka səyahət" aksiyasının 4-cü tirajı keçirildi və qaliblər müəyyən olundu. Bu tirajda əsas mükafat olan Bakı-Nyu York-Bakı aviabileti aksiyanın geridə qalan 4 ayı ərzində 2670 xal toplayan Mustafayev Ramin Vaqif oğlu qazandı. Qalibləri təbrik edirik!

Aksiyaya texniki dəstək Bakcell Ulduzum proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edilir. Aksiya haqda daha ətraflı məlumatı və tərəfdaş ticarət məntəqələrinin siyahısını www.xalqbank.az/aksiya internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Qalib iştirakçının adı, soyadı

Xal sayı

Hədiyyə

1

Mustafayev Ramin Vaqif oğlu

2670

Bakı-Nyu York- Bakı aviabileti

2

Bağırov Emil Zakir oğlu

490

"Alov" smartfonu

3

Səmədov Gəray Azad oglu

400

2 nəfərlik “Sakit Göl Hotel Şamaxı” 3 günlük istirahət

4

Kərimov Elvin Vahid oğlu

290

"Sabina" P&C" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

5

Zeynalov Ramil Samir oğlu

260

"Forelli" Geyim mağazasından 70 AZN-lik hədiyyə kuponu

6

Mütəllimov Mehdi Xalid oğlu

190

"Fleuriste" Gül dükanından 50 AZN-lik hədiyyə kuponu

7

Daşdəmirov Elçin Xəyyam oğlu

160

“Domino’s Pizza” şəbəkəsindən “30 AZN-lik hədiyyə kuponu”

8

Qəribov Şəhriyar Nazir oğlu

150

“Ronnefeldt” Çay köşkündən “30 AZN-lik hədiyyə kuponu”

9

Əbdürrəhimova Rəhimə E.

140

Termos, bıçaq, fənər dəsti

10

Mustafayev Üzeyir Vaqif oğlu

140

Selfi çubuğu, parker qələm, fotoatlas dəsti

11

Teymurov Elmir Ramiz oğlu

140

Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”

12

Əsədov Elsevər Cəmşid oğlu

140

Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti