...

Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində olub

İqtisadiyyat Materials 16 Oktyabr 2017 17:18 (UTC +04:00)
Lyuben Totev və Bolqarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin rəhbəri Kiril Apostolov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.
Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində olub

Bakı. Trend:

Bolqarıstanda Universitet Rektorları Şurasının sədri və eyni zamanda, İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru prof. Lyuben Totev və Bolqarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin rəhbəri Kiril Apostolov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

BANM-dan Trend-ə verilən məlumata görə, universitetlər arası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunan görüşdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları Ali Məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətləri ilə tanış edib. Prof. Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib.

BANM və onun fəaliyyətinə böyük maraq göstərən qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif sahələrindən danışıb.Göruşun sonunda qonaqlar Ali Məktəbi gəzərək onun fəaliyyətilə daha yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti