...

“Yaşma” və “Səngəçal-2” istilik elektrik stansiyaları inşa ediləcək

İqtisadiyyat Materials 19 Oktyabr 2017 09:28 (UTC +04:00)
Ən yaxın perspektivdə - “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 MVt gücündə “Yaşma”, 385 MVt gücündə “Səngəçal-2” istilik elektrik stansiyalarının inşası nəzərdə tutulur.
“Yaşma” və “Səngəçal-2” istilik elektrik stansiyaları inşa ediləcək

Bakı. Trend:

Ən yaxın perspektivdə - “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 MVt gücündə “Yaşma”, 385 MVt gücündə “Səngəçal-2” istilik elektrik stansiyalarının inşası nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, ötürücü infrastrukturun rəqəmsal texnologiyalar əsasında yenidən qurulması işləri gələn ildən daha da intensivləşdiriləcək: "“Azərenerji” ASC tərəfindən artıq tətbiqinə başlanılmış bu innovativ texnologiya ənənəvi texnologiyalardan yüksək dərəcədə avtomatlaşdırma səviyyəsi, bütün proseslərin rəqəmsal şəkildə aparılması ilə fərqlənir. Dövlətimizin Başçısının tapşırığı əsasında bölgələrdə su elektrik stansiyalarının tikintisi də davam etdiriləcəkdir. Hidroenerji resurslarından geniş istifadə həm regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin maddi rifahının yaxşılaşmasına mücbət təsir göstərir, həm enerjisistemin generasiya güclərinin strukturunu yaxşılaşdırır və elektrik enerjisi istehsalına yanacağın sərfini azaldır, həm də pik güclərinin daha effektiv tənzimlənməsinə öz töhfəsini vermiş olur. Onu da qeyd edək ki, hidroenergetikanın generasiya imkanları, ilk növbədə, iqlim şəraiti, su ehtiyatları həcmindəki mövsüm dəyişiklikləri ilə bağlıdır. Respublikamızda elektrik enerjisi istehlakı istər yaz-yay, istərsə də payız-qış mövsümlərində bərabər səviyyədə olur. Bu il çaylarda suyun azalması şəraitində enerjisistemin dayanıqlığının təmin edilməsi üçün energetiklər səylə çalışmışlar. Ümumiyyətlə, bütün mövsümlərdə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə tam və dayanıqlı təchizatı üçün bütün zəruri tədbirlər görülür".

E.Pirverdiyev qeyd edib ki, son dövrdə dünyada elektrik energetikasının innovativ dəyişikliklər əsasında inkişafı diqqət mərkəzindədir: "Bu dəyişikliklər sahənin modernləşdirilməsinin mövcud baza prinsiplərinə yeni baxışın formalaşmasını nəzərdə tutur. Belə ki, modernləşdirmə sadəcə əsas istehsal fondlarının bərpası və təkmilləşdirilməsindən ibarət olmayıb, energetikanın “intellektuallaşdırılması” - rəqəmsal və smart-texnologiyaların tətbiqi əsasında energetik, ekoloji təhlükəsizliyi və effektivlyi təmin etməlidir. Bu gün dövlətimizin və onun rəhbərinin energetiklər qarşısında qoyduğu ən mühüm vəzifə də Azərbaycan enerjisisteminin məhz müasir dünya standartları səviyyəsində inkişafına nail olmaqdır. Energetiklərimiz bu məsul vəzifənin yerinə yetirilməsi, əhalinin və istisadiyyatın dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün bütün imkanlardan bundan sonra da maksimum səmərəli istifadə etməyə çalışacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti