...

"AzRusTrans" 415 min ton taxıl məhsulları tədarük edib

İqtisadiyyat Materials 19 Oktyabr 2017 11:01 (UTC +04:00)
“AzRusTrans” QSC 1 ildə 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarük edib.
"AzRusTrans" 415 min ton taxıl məhsulları tədarük edib

Bakı. Trend:

“Azərbaycan Dəmi Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC 10 oktyabr 2016-cı ildən fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verib, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü oldu və meşə məhsulları tədarükü bazarındada öz yerini tutub.

“Azərbaycan Dəmi Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, bir il fəaliyyəti ərzində şirkət 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.

“AzrusTrans” şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması oldu. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Turkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var. Hər il Rusiyadan Türkiyəyə 4 mln. ton taxl və taxıl məhsulları və əlavə 2 mln. tonn taxıl istehsalı üçün xam mal tədarük olunur. "AzRusTrans" şirkəti artıq bu istiqamətdə həyata keçirmək üçün yeni lahiyələr hazırlayır.

Hazirda Astara ərazinidə taxıl terminalının tikinti layihəsi üzrə işlər aparılır, lahiyə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İrana birbaşa xətti ilə və daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizidir – Həştərxan və Mahaçqala limanları. Bu limanlarda hazırda ildə 1,6 mln ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını dahada möhkəmləndirəcək.

Baxmayaraq ki, “AzRusTrans” əsasən taxl və taxıl məhsullarının tədarükünü həyata keçirir, şirkət həmçinin “Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gələcəkdə isə Türkiyəyə ərazisinə də tədarükünü həyata keçirəcək.

Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün "AzRusTrans" şirkəti amerikanın Bunge Limited və İsveçrənin Glencore International AG şirkətləri ilə əməkdaşlıq edirdi. Lakin Bunge Limited şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkət yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır. Gürcüstan istiqamətində daşımalar, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.

"AzRusTrans" şirkətnin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin, formalaşmış vaqon parkı da təmin edir. Hazırda şirkət vaqonları "Azərbaycan Dəmir Yolları" QSC-dən icarəyə götürür, Rusiya ərazisində tərəfdaşın olması hesabına isə “AzRusTrans” Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.

Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq. “AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlırının sayını artıracaq. Hazırda şirkət “Azərbaycan Dəmir Yolları”nın operatoru qismində 10% yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə bu rəqəm daha da artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti