...

Ötən ay üzrə bank sektorunun icmalı açıqlanıb

İqtisadiyyat Materials 11 Dekabr 2017 09:25 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,311.6 mln. manat, cəmi öhdəlikləri isə 23,216.6 mln. manat təşkil edib.
Ötən ay üzrə bank sektorunun icmalı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,311.6 mln. manat, cəmi öhdəlikləri isə 23,216.6 mln. manat təşkil edib.

Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Sektorun balans kapitalı 3,095 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3.6% (250.7 mln. manat) artaraq 7,250.2 mln. manat olub. Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətlərin 6,999.5 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,491 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,470 nəfər təşkil edib.

31 oktyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti