Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 4 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, yanvarın 4-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0431 manat təşkil edir.
1 türk lirəsi 0,4495 manat, 1 rus rublu 0,0297 manat, 1 İran rialı 0,0041 manat, 1 gürcü larisi isə 0,6601 manatdır.