...

Nazir Ramin Quluzadə vətəndaşlarla görüşüb (FOTO)

İqtisadiyyat Materials 26 Yanvar 2018 16:56 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə növbəti dəfə vətəndaşlarla görüşüb.
Nazir Ramin Quluzadə vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xırdalan şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Xırdalan, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərindən olan sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Regiona səfəri çərçivəsində R.Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti