...

“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

İqtisadiyyat Materials 19 Fevral 2018 13:03 (UTC +04:00)
Fevralın 27-də saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.
“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

Bakı. Trend:

Fevralın 27-də saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.

Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti