...

CAR-la əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2018 18:33 (UTC +04:00)
AZPROMO ilə CAR-ın Türkiyədə və Azərbaycandakı səfirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
CAR-la əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib, Azərbaycan və CAR arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 50-ə yaxın Azərbaycan sahibkarının iştirak etdiyi görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

CAR-ın Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefane ölkələrimiz arasındakı əlaqələr, CAR-ın iqtisadiyyatı, əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində Cənubi Afrikanın investisiya və biznes imkanlarına dair video-çarx nümayiş olunub, CAR-ın iqtisadi potensialı azərbaycanlı sahibkarların diqqətinə çatdırılıb.

Sonra AZPROMO ilə CAR-ın Türkiyədə və Azərbaycandakı səfirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, iş adamlarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti