...

Putindən bitkoinə dəstək

İqtisadiyyat Materials 1 Mart 2018 14:59 (UTC +04:00)
"Rusiya qanunları ölkədə elektron ticarət və paylaşdırılmış reyestrin inkişafına mane olmamalıdır".
Putindən bitkoinə dəstək

Bakı. Trend:

"Rusiya qanunları ölkədə elektron ticarət və paylaşdırılmış reyestrin inkişafına mane olmamalıdır".

Trend-in məlumatına görə, bunu Rusiya Federasiya Şurasında ənənəvi illik müraciəti zamanı ölkə prezidenti Vladimir Putin deyib.

V.Putin vurğulayıb ki, qlobal informasiya məkanı ilə uyğunlaşan rəqəmsal platformalar yaratmaq lazımdır:

“Bu, istehsal proseslərini, maliyyə və bioloji xidmətləri yeni üsulla təşkil etməyə imkan verəcək. Yaxın zamanlarda biz mütərəqqi qanunvericilik bazası yaratmalı, robot texnikası, süni intellekt, pilotsuz nəqliyyatın yaradılması və geniş tətbiqi yolunda bütün maneələri aradan qaldırmalıyıq”.

Xəbər lenti

Xəbər lenti