Bakı. İlkin Şəfiyev - Trend:
"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) xarici tərəfdaşlarla birgə investisiya fondlarının yaradılması imkanını müzakirə edir.
Trend-in məlumatına görə, bu barədə AİŞ-in icraçı direktoru Rövşən Nəcəf deyib.
O, hazırda hansı şirkətlərlə danışıqlar aparıldığını bildirməsə də, bütün təfərrüatların bir müddət sonra açıqlanacağını vurğulayıb.
R.Nəcəfin sözlərinə görə, AİŞ-in əvvəl olduğu kimi, 2018-ci ildə də əsas vəzifəsi qeyri-neft sektoruna, o cümlədən regionlarda sənaye zonalarının yaradılması yolu ilə dəstək vermək olacaq:
"2018-ci ildə belə zonalar Masallı, Hacıqabul və Sabirabad rayonlarında işləməyə başlayacaq. Bizim vəzifəmiz Azərbaycan bütün bölgələrində sənaye zonalarının yaradılmasıdır. Hazırda biz bu istiqamətdə çalışırıq".