...

"Bank VTB (Azərbaycan)” ödəniş kartları ilə bağlı tender keçirir

İqtisadiyyat Materials 6 Mart 2018 10:50 (UTC +04:00)
“Bank VTB (Azərbaycan)” ASC ödəniş kartlarının hazırlanması üçün plastiklərin alınması ilə əlaqədar açıq tender elan edib.
"Bank VTB (Azərbaycan)” ödəniş kartları ilə bağlı tender keçirir

Bakı. Trend:

“Bank VTB (Azərbaycan)” ASC ödəniş kartlarının hazırlanması üçün plastiklərin alınması ilə əlaqədar açıq tender elan edib.

Bankdan Trend-ə verilən məlumata görə, tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 14 mart 2018-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti