...

Dollar və avrodan sonra daha bir dünya valyutası GÜNDƏMDƏ

İqtisadiyyat Materials 9 Mart 2018 10:37 (UTC +04:00)
Çin hakimiyyəti yuanı dünya valyutası etmək niyyətindədir.
Dollar və avrodan sonra daha bir dünya valyutası GÜNDƏMDƏ

Bakı. Trend:

Çin hakimiyyəti yuanı dünya valyutası etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Çin Xalq Bankının rəhbəri Çjou Syaoçuan bildirib.

O qeyd edib ki, Çinin milli valyutası olan yuanın beynəlmiləlləşdirilməsi prosesi üzrə kifayət qədər tədbirlər görülüb:

"Bu tədbirlər ticarət və investisiyalarda yuandan istifadəyə imkan verəcək. Bundan başqa, Çin gələcəkdə öz maliyyə bazarını açacaq".

Bank rəhbəri əlavə edib ki, dünya bazarının iştirakçılarının hesablamalarda yuana keçməsi üçün bir xeyli vaxt lazımdır.

Qeyd edək ki, 2015-ci ilin noyabrda Beynəlxalq Valyuta Fondu yuanın 2016-cı il oktyabrın 1-dən SDR səbətinə daxil edilməsi barədə qərar qəbul edib. Artıq bu səbətə dollar, avro, funt sterlinq və yapon yeni də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti