...

Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim olunub (FOTO)

İqtisadiyyat Materials 15 Mart 2018 12:40 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmış daşınar əmlakın yüklülüyünün dövlət reyestrini təqdim edib.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim olunub (FOTO)

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmış daşınar əmlakın yüklülüyünün dövlət reyestrini təqdim edib.

Trend-in məlumatına görə, palatanın baş icraçı direktoru İbrahim Alışov reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olduğunu deyib. Bildirib ki, reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.

Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb etməsini stimullaşdıracaq ki, bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək.

İ.Alışov daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılmasının maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti