...

UNEC-də Novruz şənliyi - müəllimlərlə tələbələr yarışdı (FOTO)

İqtisadiyyat Materials 16 Mart 2018 18:09 (UTC +04:00)
UNEC-də möhtəşəm Novruz şənliyi keçirilib.
UNEC-də Novruz şənliyi - müəllimlərlə tələbələr yarışdı (FOTO)

Bakı. Trend:

Xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyi UNEC-in bütün tədris binalarında qeyd olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə tələbələrin Novruz atrubitlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib.

Fakültələrin təmsil olunduqları stendlərlə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin əl işlərini yüksək qiymətləndirib. Ə.Muradov bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə UNEC kollektivini və tələbələri təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Şənlikdə müəllimlərlə tələbələr arasında Novruz yarışları keçirilib, müsabiqələr təşkil edilib. Novruz ənənələri və atributları UNEC-in əcnəbi tələbələrinin xüsusi marağına səbəb olub.

UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyi daha da unudulmaz edib. Novruz bayramının məşhur personajları kosa və keçəl isə bayram şənliyinə xüsusi rəng qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti