...

Futbol üzrə Dünya Çempionatını canlı izləmək şansı - Visa və Xalq Bankdan

İqtisadiyyat Materials 9 Aprel 2018 12:35 (UTC +04:00)

Bakı. Trend:

Visa və Xalq Bankın Visa plastik kart sahibləri üçün “Visa kartı ilə ödəniş et və Rusiyaya 2018-ci il futbol üzrə Dünya Çempionatına getmək şansını əldə et!” kampaniyasına start verildi.

Trend-in məlumatına görə, 29 aprel 2018-ci il tarixədək Xalq Bankın Visa plastik kartları (Visa Business kartları istisna olmaqla) ilə nağdsız ödəniş aparan hər kəs qeyd olunan aksiyada iştirak etmək hüququ qazanır. Qeyd olunan müddətdə ölkə ərazisində və xaricdə 10 manatdan (xarici valyutada ekvivalenti) başlayan hər tranzaksiya uduş şansı verir. Bunun üçün https://www.visa.com.az saytında qeydiyyat formasını doldurmaq kifayətdir. Qeydiyyat zamanı əməliyyatın vaxtı, məbləği və tranzaksiyanın kodu daxil edilir. Daha çox nağdsız ödəniş, daha çox uduş şansı verir. Lotereyada 18 yaşına çatmış Azərbaycan vətəndaşları və qeyri-rezidentlər iştirak edə bilər.

Lotereyanın uduşu 2018-ci ilin iyun-iyul aylarında Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına iki səyahət paketindən (hər biri iki nəfərlik) ibarətdir. Uduş may ayının 1-də keçiriləcək və nəticələri KİV-də dərc olunacaq.

Xatırladaq ki, Xalq Bank Visa Platinum, Visa Gold, Visa Classic, Visa Eleсtron və Visa İnternet plastik kartlarını müştərilərə pulsuz təqdim edir. Xalq Bankın aksiyaları və məhsulları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti