...

“Hakan Foods” MMC təmizlik və halallıq ünvanıdır (FOTO)

İqtisadiyyat Materials 7 May 2018 12:43 (UTC +04:00)
Yaxud, 2001-ci ildən “Kral” markası altında istehsala başlayan şirkətin prioriteti insanları halal və ekoloji təmiz ət məhsulları ilə təmin etməkdir
“Hakan Foods” MMC təmizlik və halallıq ünvanıdır (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə ət məhsulları istehsalı sektorunun hərtərəfli dəstəklənməsi və onun daha da genişlənməsi üçün əlverişli mühit yaradılıb. Elə bunun məntiqi yekunudur ki, son illər ərzində Azərbaycanda halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal edilir. Məhz, ölkəmizin ət və ət məhsulları istehsalı sektorunda aparıcı mövqeyə malik olan şirkətlərdən biri də "Hakan Foods”dur.

Trend-in məlumatına görə, istehsal müəssisəsinə media-tur təşkil edən şirkət prezidenti Yavuz Həsənov jurnalistlərlə görüşündə bildirib ki, "Hakan Foods” MMC təmizlik və halallıq ünvanıdır. Məhz, 2001-ci ildən "Kral" markası altında istehsala başlayan şirkətin prioriteti insanları halal və ekoloji təmiz ət məhsulları ilə təmin etməkdir.

Yavuz Həsənov jurnalistlərə son illərin məhsul və istehsalat yenilikləri barədə informasiya verib.

“Hakan foods” MMC 1.2 hektar ərazidə yerləşir. Şirkətin kompleksinə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya, ət məhsulları istehsalı sahələri, soyuducu anbarlar, daşıma sistemləri daxildir. Ət məhsullarının istehsalı üçün idxal olunan qida məhsullarının bir qismi soyuducu anbarlarda saxlanılır. Şirkətin günlük istehsal gücü 20 tona qədər olan istehsal sahəsi var.

İstehsal olunmuş məhsullar tamamilə halal olduğundan İslam ölkələrinə ixrac edilirdi. Lakin son illərdə İraqda, Suriyada baş verən müharibələr səbəbindən məhsul ixracı böyük risklərlə qarşılaşmaqdadır. Bu gün, eyni zamanda “Kral” markası ilə istehsal olunmuş ət məhsullarının dünyanın digər ökələrinə də ixrac olunması prosesi üzərində işlər gedir. Əlbəttə ki, şirkətin əsas məqsədlərindən biri “Made in Azerbaijan” brendi altında dünya bazarına çıxmaqdır. Onu da diqqətə çatdıraq ki, “Kral” ət məhsulları bu günə qədər onlarla beynəlxalq və yerli sərgilərdə iştirak edib, dəfələrlə məhsulların keyfiyyətinə görə diplomlar, medallar və sertifikatlarla təltif edilib.

"Hakan Foods” MMC təxminən 42 adda kolbasa və sosiska məhsulları istehsalı üçün “Halal Qida” Dövlət Standartı üzrə uyğunluq və gigiyenik sertifikatlarına layiq görülüb. İllik istehsal gücü 2500 tona çatan ət emalı sahəsində müxtəlif çeşidlərdə məhsul istehsal edilir. Ən maraqlısı da odur ki, “Kral” markası altında istehsal olunan ət məhsullarına Azərbaycanın qədim və tarixi diyarlarının, şəhərlərinin adları verilib. “Zəngəzur”, “Gümrü”, “Dərələyəz”, “Vedibasar”, “Göyçə” və başqa adlarda istehsal olunan ət məhsulları yüksək keyfiyyəti ilə yanaşı, eyni zamanda tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edir.

Yavuz Həsənov bildirib ki, ət məhsullarının istehsalı və saxlanma şəraiti ən müasir standartlara uyğundur. O, hər kəsi əmin edir ki, “Kral” məhsulları tam halaldır və bu ət məhsullarının istehsalında donuz ətindən və mənşəyi bəlli olmayan ətlərdən qəti şəkildə istifadə edilmir. İctimaiyyət də bilsin ki, şirkətin Beyləqan rayonunda fermer təsərrüfatı vardır ki, istehsal üçün ət əsasən oradan tədarük edilir.

Yüksək keyfiyyətə təminat verən amillərdən biri də məhsulların tərkibinə nəzarətdir. Şirkətin ən müasir avadanlıqla təchiz olunmuş Mərkəzi Laboratoriyası var. Laboratoriyada ayrıca həkim mikrobioloq, eləcə də fiziki-kimyəvi müayinə otaqları mövcuddur. Hətta, şirkətin laboratoriyası dövlət nəzarətindədir və xüsusi sertifikat alıb. Yəni, bu laboratoriyada istənilən məhsulun tərkibi və keyfiyyəti yoxlanıla bilər. Bununla yanaşı, dini qaydalarımıza uyğun olaraq kəsilmiş heyvanlar baytarlar tərəfindən yoxlanılır, möhür vurulur, sənədləşdirmə işləri aparılır və sənədlərlə birlikdə ət şirkətə daxil olur. Kolbasanın tərkibinə vurulan qatqıların bir hissəsi isə idxal olunur.

Yavuz Həsənov diqqətə çatdırıb ki, mütəmadi olaraq ictimai yoxlamalar da təşkil edilir, vətəndaşlar, qida sənayesi üzrə təhsil alan tələbələr bütün istehsalat prosesini öz gözləri ilə görə bilirlər. Bildirib ki, şirkətin məqsədi keyfiyyətli məhsullar istehsal edib insanlara çatdırmaqdır. Hazırda “Kral” markası altında istehsal olunan ət məhsulları ilə əlaqədar uduş kampaniyasına da start verilib. Bununla “Hakan foods” şirkəti insanlara sağlam, ekoloji təmiz və halal ət məhsullarını təqdim etməklə, onların qiymətli hədiyyələr əldə etməsinə də şərait yaradır.

Media-tur zamanı bütün istehsal prosesi ilə, o cümlədən məhsulun ilkin hazırlanması, kolbasa və sosislərin istehsalı, bir sözlə, bütün işlərlə yaxından tanış olan jurnalistlər “Kral” markası ilə istehsal olunan məhsullardan da dadıblar. Gəlinən qənaət o olub ki, “Kral” ət məhsullarının istehsalı tamamilə müasir texnika və texnologiya əsasında, təmiz şəraitdə və halal olaraq istehsal olunur. İstehsalın əksər hissəsi isə avtomatlaşdırılıb və əsasən alman texnologiyasından istifadə edilir.

Göründüyü kimi, "Hakan Foods” MMC-nin “Kral” markası altında istehsal etdiyi ət məhsulları tamamilə təmiz, halal və ekoloji təmizdir. Jurnalistlər canlı olaraq “Kral” ət məhsullarının istehsalı prosesini izləyib. Bunun əyani şahidi olmaq istəyənlər də ictimai yoxlamalardan istifadə edib halal ət məhsulları istehsalı prosesini gözləri ilə görə bilərlər. Geri qalan məsələ isə “Kral” ət məhsullarını almaq, dadmaq və qiymətli hədiyyələr qazanmaqdır.

Qeyd edək ki, "Hakan Foods” MMC müstəqil təsərrüfat subyekti olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktlarına və Nizamnaməyə müvafiq olarq 2001-ci ildən "Kral" markası altında ekoloji təmiz kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti