...

177 dövlət əmlakı özəlləşdirilir - VAXT

İqtisadiyyat Materials 14 May 2018 12:35 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
177 dövlət əmlakı özəlləşdirilir - VAXT

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, özəlləşdirilməyə müxtəlif iqtisadi profillərə aid 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərracda əmlak sahibi olmaq üçün cəmi 2 sadə proseduru yerinə yetirmək kifayətdir. Birinci Komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilir. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

İnvestorlar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Eyni zamanda təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılan müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən "Mərdəkan" restoranını misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxındır.

Nəqliyyat vasitələri sırasında ili yeni olan Avropa istehsalı avtomobillər üstünlük təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti