...

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır - Təmir var

İqtisadiyyat Materials 18 May 2018 16:08 (UTC +04:00)
Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır - Təmir var

Bakı. Samir Əli - Trend:

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 18-dən 19-na keçən gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq. Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti