...

“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə tədqiqatçılar üçün təqaüd proqramı elan etdi

İqtisadiyyat Materials 25 May 2018 14:42 (UTC +04:00)
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti və AXC dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədilə xüsusi təqaüd proqramı elan edib.
“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə tədqiqatçılar üçün təqaüd proqramı elan etdi

Bakı. Trend:

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti və AXC dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədilə xüsusi təqaüd proqramı elan edib. Təqaüdlər AXC dövrü tarixinin müxtəlif mərhələlərini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

QSC-dən Trend-ə verilən məlumata görə, təqaüd proqramının şərtlərinə əsasən tədqiqatçılar 4 ay ərzində orijinal mənbələrə əsaslanan və daha öncə heç bir mətbuat orqanında dərc edilməmiş araşdırmaları Korporativ Sosial Məsuliyyət Komitəsinə təqdim etməlidir. Qeyd edək ki, iştirakçıların seçimi, həmçinin tamamlanmış araşdırmaların yekun qiymətləndirilməsi akademik sahənin tarixşünaslıq üzrə nüfuzlu nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Proqramın təsis edilməsində əsas məqsəd respublikaçılıq ənənələrinin araşdırılmasına və təbliğinə dəstəklə yanaşı, milli tarix üzrə ixtisaslaşmış gənc tədqiqatçıların formalaşmasına və peşəkar inkişafına töhfə verməkdir.

Təqaüd proqramı haqqında daha ətraflı məlumatı “AzerGold” QSC-nin rəsmi veb-səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti