...

Azərbaycanda daha bir zavodun fəaliyyətə başlayacağı TARİX açıqlandı

İqtisadiyyat Materials 31 May 2018 19:14 (UTC +04:00)
Karbamid zavodunun fəaliyyətə başlayacağı tarix açıqlanıb.
Azərbaycanda daha bir zavodun fəaliyyətə başlayacağı TARİX açıqlandı

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun inşası üzrə işlər 99,4 faiz başa çatıb.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

Direktor bildirib ki, mühəndislik işləri və avadanlıqların alınması, həmçinin mülki işlər 100 faiz, tikinti işləri və avadanlıqların montajı isə 98 faiz yekunlaşıb: "Bütün mexaniki işlərin ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Layihənin dördüncü rübdə istismara veriləcəyi gözlənilir".

X.Cəfərov qeyd edib ki, avqustda ilk yardımçı məhsul - ammiak əldə olunacaq: "Bundan sonra karbamid istehsalı üzrə seksiya işləməyə başlayacaq və "Made in Azerbaijan" brendi altında ilk hazır məhsul oktyabrda alınacaq. Beləliklə, ilin sonunadək zavod işə başlayacaq".

O əlavə edib ki, SOCAR karbamid zavodunun tikintisi layihəsi çərçivəsində xarici banklardan təqribən 325-330 milyon avro mənimsəyib.

Qeyd edək ki, zavodun tikintisi 770-780 milyon avro dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti