...

"Azərsu": Ölkənin 67,5 faizi fasiləsiz su ilə təmin olunur

İqtisadiyyat Materials 5 İyun 2018 09:47 (UTC +04:00)
Ölkənin 67,5 faizi fasiləsiz su ilə təmin olunur.
"Azərsu": Ölkənin 67,5 faizi fasiləsiz su ilə təmin olunur

Bakı. Samir Əli - Trend:

Azərbaycanda sosial infrastrukturun əsas sahələrindən sayılan su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilir.

Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilir.

Qeyd olunub ki, Bakıda və regionlarda reallaşdırılan həmin layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olub:

"Məhz bütün bunların nəticəsidir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə iki dəfədən çox, abonentlərin sayı isə 530 min artaraq 1 milyon 410 minə çatıb. Son 14 ildə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 67,5 faizə qalxıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti