...

"Azərsu" sədri: Bu il 41 kənddə su layihələri icra olunacaq

İqtisadiyyat Materials 5 İyun 2018 10:59 (UTC +04:00)
Bu il 41 kənddə su layihələri icra olunacaq.
"Azərsu" sədri: Bu il 41 kənddə su layihələri icra olunacaq

Bakı. Samir Əli - Trend:

Bu il bölgələrdə ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə respublikanın 10-dan artıq şəhərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.

Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilir.

Onun sözlərinə görə, bu il həmçinin Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq:

"Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük sutəmizləyici qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da cari ildə başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq".

"Azərsu" rəhbəri bildirib ki, içməli su qıtlığından əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri bu il də davam etdiriləcək. Bu məqsədlə 62 mindən çox sakinin yaşadığı 41 kənddə su layihələri icra olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti