...

“AtaHolding”in gənc mütəxəssisi "İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub

İqtisadiyyat Materials 11 İyun 2018 11:23 (UTC +04:00)
Ticarət, ictimai iaşə, kooperasiya sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq və digər xidmət sahələri işçiləri Həmkarlar İttifaqları Federasiyası (Xidmət-İş) 2017-ci ildə sahə üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər arasında keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirib.
“AtaHolding”in gənc mütəxəssisi "İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub

Bakı. Trend:

2018-cı il iyunun 8-də ticarət, ictimai iaşə, kooperasiya sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq və digər xidmət sahələri işçiləri Həmkarlar İttifaqları Federasiyası (Xidmət-İş) 2017-ci ildə sahə üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər arasında keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirib.

Trend-in məlumatına görə, tədbirdə “AtaHolding” MMC-nin Mühasibatlıq şöbəsinin rəisi, holdinqdə HİK-in sədri Gülnar Əliyeva “İlin peşəkar gənci” müsabiqəsinin qalibi elan olunub. Diplom "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri İlyas Əliyev tərəfindən Gülnar Əliyevaya təqdim olunub.

“AtaHolding” MMC-də HİK-in sədri Gülnar Əliyeva bildirib ki, “AtaHolding” 29 dekabr 2007-ci il tarixindən AHİK-in üzvüdir. AtaHolding” 2015-ci ildə də holdinqin kollektivinə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi devizi ilə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə diplomla təltif olunub.

Tədbirdə “AtaHolding” və “Excelsior Hotel Baku” otelinin əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti