...

Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir

İqtisadiyyat Materials 14 İyun 2018 15:02 (UTC +04:00)
Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir.
Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.

Nazir bildirib ki, Transanadolu boru kəməri (TANAP) ilə tədarük olunan qazın qiyməti də əlverişli olacaq.

B.Albayrakın sözlərinə görə, TANAP qaz kəməri vacib enerji layihəsidir və onun alternativi yoxdur.

Qeyd edək ki, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin açılış mərasimi baş tutub.

"Cənub Qaz Dəhlizi"nin mühüm hissəsi olan TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti