...

PAŞA Bank-ın Mobil bank əlavəsi istifadəçiləri üçün hədiyyə kampaniyası davam edir

İqtisadiyyat Materials 14 İyun 2018 16:07 (UTC +04:00)

Bakı. Trend:

PAŞA Bank-ın Mobil bank əlavəsi istifadəçiləri üçün 17 may 2018-ci il tarixdən etibarən başlatdığı hədiyyə kampaniyası davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, mobil əlavənin istifadəçiləri ay ərzində biri parkinq və ya taksi ödənişi olmaqla ən azı 4 fərqli kateqoriya üzrə (mobil, kommunal, stasionar telefon, internet, TV, taksi, parkinq) minimum 1 AZN məbləğində həyata keçirdiyi ödənişlərə görə PoP-Socket və ya PowerBank hədiyyə qazanacaqlar. Bir müştəri yalnız 1 hədiyyəyə sahib ola bilər. Hədiyyələrin sayı məhduddur.

Bundan başqa, Mobil bank əlavəsi ilə ay ərzində əməliyyat məbləğinə görə ən çox ödəniş həyata keçirən ilk 10 müştəriyə idman saatı, 11-15-ci yerlərin sahiblərinə isə 50 AZN məbləğində CinemaPlus kinoteatrlarına hədiyyə kuponu təqdim ediləcək.

Kampaniya 30 sentyabr 2018–ci il tarixədək davam edəcək.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti