...

"Türk Hava Yolları" istiqamətlərin sayını 304-ə çatdırıb (FOTO)

İqtisadiyyat Materials 22 İyun 2018 14:40 (UTC +04:00)
Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Komor Adaları İttifaqının ən iri şəhəri və paytaxtı olan Moronini marşrut şəbəkəsinə əlavə edib.
"Türk Hava Yolları" istiqamətlərin sayını 304-ə çatdırıb (FOTO)

Bakı. Trend:

Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Komor Adaları İttifaqının ən iri şəhəri və paytaxtı olan Moronini marşrut şəbəkəsinə əlavə edib.

Trend-in məlumatına görə, aviaşirkət Moroniyə reyslər üzrə uçuşları həftədə 3 dəfə yerinə yetirəcək (Seyşel adalarında dayanaraq).

Komor Adaları İttifaqı üç iri adadan ibarətdir – Grand Komor, Anjuan və Moxeli. Moronini marşrut şəbəkəsinə daxil etməklə “Türk Hava Yolları” uçduğu ölkələrin sayını 122-yə, istiqamətlərin sayını isə 304-ə çatdırıb, bu istiqamətlərin 53-ü Afrikada yerləşir.

İstanbuldan Moroniyə və əks istiqamətə biletin minimal qiyməti 973 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.

"Türk Hava Yolları"nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti