...

“Xırdalan iç - Xırdalanda ev qazan” promo kampaniyasının ilk qalibi müəyyən olundu!

İqtisadiyyat Materials 10 İyul 2018 17:25 (UTC +04:00)
Bütün Xırdalan pivəsi sevənlərin aprel ayından gözlədiyi o an gəlib çatdı: ən iri pivəbişirmə şirkəti Carlsberg Azerbaijan-dan Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində ilk mənzilin sahibi Masallı şəhərində yaşayan Quliyev Rəşad oldu.
“Xırdalan iç - Xırdalanda ev qazan” promo kampaniyasının ilk qalibi müəyyən olundu!

Bakı. Trend:

Bütün Xırdalan pivəsi sevənlərin aprel ayından gözlədiyi o an gəlib çatdı: ən iri pivəbişirmə şirkəti Carlsberg Azerbaijan-dan Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində ilk mənzilin sahibi Masallı şəhərində yaşayan Quliyev Rəşad oldu.

Qalibi təbrik edirik!

Uduşda kampaniya başladığı andan qeydiyyatdan keçən 23232 kod iştirak edirdi.

Xatırladaq ki, Carlsberg Azerbaijan şirkətinin Xırdalan flaqman brendinin milli promo kampaniyası 1 aprel tarixində başlamışdı. Bu kampaniyada Xırdalan şəhərində 3 təmirli mənzil oynanılır.

Mənzilin növbəti uduşu 2018-ci il avqustun 1-də baş tutacaq.

Uduşda iştirak etmək üçün yetkinlik yaşına çatmış istehlakçılar Xırdalan pivəsini almalı, qapağın altında olan kodu tapmalı və onu www.xirdalanpromo.az promo saytında qeydiyyatdan keçirməlidir.

Aksiyada Lotereya nişanı ilə (“Xırdalan iç – Xırdalanda ev qazan!”) aşağıdakı qablaşdırma formatlarında məhsullar iştirak edir: “Xırdalan” şüşə butulka 0,5 l, “Xırdalan” dəmir banka 0,45 l, “Xırdalan” PET 2,0 l, “Xırdalan” PET 1,5 l, “Xırdalan” şüşə butulka 0,44 l, “Xırdalan Export” şüşə butulka 0,44 l.

Kampaniyanın şərtləri barədə ətraflı məlumatı məhsulun etiketində və www.xirdalanpromo.az saytında, həmçinin qaynar xətt nömrəsi (012) 404 31 33 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Carlsberg Azerbaijan pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətdə təxmini 220 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN təşkil edir, şirkət AR Vergilər Nazirliyinin vergi tərəfdaşı statusuna malikdir. Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxmini 50 mln AZN təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər var.

Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur.

Carlsberg Azerbaijan şirkəti ilə əlaqə

[email protected]

www.carlsbergazerbaijan.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti